Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlandı
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, olay Hövsan qəsəbəsində yaşanıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əliyev Mirzə Çingiz oğlu sevdiyi qıza görə tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırır.