Bakıda gənc oğlanın güllələnmə səbəbi bilindi - YENİLƏNİB - FOTO
22:17
Güllələnən Turalın fotosu:
----------
22:15
Bakıda baş verən güllələnmənin təfərrüatı məlum olub.
meqale.com-ın məlumatına görə hadisə qız üstündə baş verib.
Belə ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
------- 21:52
Bakıda gənc oğlanı güllələyən tutuldu.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.
******
Bakıda, Nərimanov ərazisində güllələnmə hadisəsi baş verib
Hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb
Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.
Hadisənin motivi məlum deyil.
Hazırda hadisə yerində araşdırma aparılır.