Bakıda gənc qızı avtomobili vurub

Bakının Binəqədi rayonunda yol qəzasındabir nəfər ağır xəsarət alıb.

Bakıda gənc qızı avtomobili vurub
Bakının Binəqədi rayonunda yol qəzasındabir nəfər ağır xəsarət alıb.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Ayna Sultanova adına parkdan çıxaraq qarşı tərəfə keçmək istəyən 2001-ci il təvəllüdlü Ağayeva Aysu Seymur qızını minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.