Bakıda hündürmərtəbəli yaşayış binasında təhlükəli anlar - VİDEO

Bakı şəhərinin Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən yaşayış binasının fasadında pəncərə asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törədib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində bərkidildiyi yerdən qoparaq asılı vəziyyətdə qalan pəncərəni götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.