Bakıda insident törədən idmançılar həbs edildi

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Bakıda insident törədən idmançılar həbs edildi
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən meqale.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.