Bakıda kişi bacısına görə nazirlik əməkdaşını bıçaqladı - CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

meqale.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, 23 mart 2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 59 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, Orxan Məmmədov bacısının əri, uşaqlıq dostu, zərərçəkmiş Samir Kərimovu (şərti) məktəbin qarşısında bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişin bacısına təzyiq və kobud davranış etməsi olub. Hadisədən əvvəl Orxanın bacısı küsüb atası evinə gəlib. Təqsirləndirilən şəxs də Samiri 59 saylı tam orta məktəbin qarşısına dəvət edib. Nəticədə o, yeznəsinə bir bıçaq zərbəsi endirib.

Hadisədən sonra Orxan Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.