Bakıda konsert verən Simge: "Ölkəmdəki insanlar xoşbəxt deyil" - VİDEO

Ötən gecə Bakı Konqres Mərkəzində türkiyəli müğənni Simge Sağının paytaxtımızda ilk konserti baş tutub.

Bakıda konsert verən Simge:
Ötən gecə Bakı Konqres Mərkəzində türkiyəli müğənni Simge Sağının paytaxtımızda ilk konserti baş tutub.

meqale.com xəbər verir ki, gecədə bir-birini ardınca sevilən hitlərini  səsləndirən ulduz səhnə geyim olaraq sadə, sinə və kürək dekolteli libasa üstünlük verib. 

Sənətçi tez-tez konsert izləyiciləri ilə səmimi ünsiyyətə girib. Xüsusilə, azyaşlı tamaşaçılarına diqqət edən pop ulduz onlarla fotolar çəkdirib, mahnılarını oxuyaraq bu anlarını öz mobil telefonu ilə qeydə alıb. 

Simge canlı ifaları və rəqsləri ilə izləyiciləri coşdurmağı bacarıb. 

Səhnədə "Qalatasaray" azarkeşlərinin sevimli "himni"nə çevrilən mahnsını ifa edən müğənni "Qarabağ"ın tarix zəfərini də təbrik etməyi unutmayıb.

Konsert zamanı diqqət çəkən digər məqam isə tamaşaçıların eşq həyatı ilə maraqlanan Simgenin ölkəsindəki insanların xoşbəxt olmamasından gileylənməsi olub.

Qeyd edək ki, konsert "Venüs Production"nın təşkilatçılığı ilə baş tutub.

Ötən gecədən olan yadda qalan anları təqdim edirik:

Hüseyn  meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun