Bakıda küçə və prospektlərə texniki duz səpilib - FOTO
Paytaxt Bakıda xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.
Bu barədə meqale.com-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, axşam saatlarından etibarən qurumun kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.