Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb - YENİLƏNİB
meqale.com APA-ya istinadən bildirir ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır. --------- 10:17
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.
1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.