Bakıda məşhur türk blogerdən rüşvət alınıb? - VİDEO - FOTO

Azərbaycanda səfərdə olan türkiyəli bloger Alpər Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib. O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.

meqale.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxuya açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:

"Türkiyəli bloqer Alpər Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə yazılıb".

O əlavə edib ki, "Toyota" markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

"Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir".