Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər

Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.

Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.

Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.