Bakıda "ölü paltarlar" satılan mağazalardan REPORTAJ

Bakı və Sumqayıt şəhərlərinin bir sıra yerlərində "MEMİ" brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir.

Bakıda
Bakı və Sumqayıt şəhərlərinin bir sıra yerlərində "MEMİ" brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir.

Bu cür dükanların öz müştəriləri var. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir. Xarici ölkələrdən, əsasən də Avropadan gətirildiyi deyilən bu paltarların dezinfeksiya olunduqları bildirilsə də alıcılar arasında hələ də ehtiyat edənlər var.

Onlar paltarlara əllə toxunur, geyinib yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər. 

Musavat.com-un müxbiri həm Sumqayıtda, həm də 20 Yanvarda  yerləşən "MEMİ" mağazalarına baş çəkib və real vəziyyətlə tanış olub. Səhər saatlarından başlayaraq mağazalara alıcılar axışıb və paltarları əyinlərində yoxlayaraq, onlara müştəri olublar. Satıcılar isə and aman edib ki, satışa çıxarılanlar dərmanlanıb, dezinfeksiya olunur. 

Mütəxəssislər qeyd edir ki, bu cür mağazalarda 5 yaşından kiçik uşaq üçün paltarlar satılmamalıdır.  Lakin Azərbaycanda verilən sertifikatda bu, öz əksini tapmır, kiçik yaşlı uşaq üçün paltarlar satışa çıxarılır. Elə biz özümüz də mağazalara baş çəkərkən bunun şahidi olduq.

Bəs paytaxt sakinləri bu haqda nə düşünür. Onlar ikinci əl paltarları almağa üstünlük verirlərmi?

Küçədə apardığımız sorğu göstərir ki, insanların mövzu ilə bağlı fikirləri birmənalı deyil.  Kimisi bu məsələyə müsbət yanaşır, kimisi isə ikinci əl paltarları almaqda tərəddüd edir və qətiyyən məsləhət görmür.

Tanınmış həkim Adil Qeybulla bildirir ki, istifadə olunmuş bu cür paltarlar üçüncü ölkələr tərəfindən alınır və yenidən satılır. Onların arasında brend mağazaların paltarlarını da görmək olar: