Bakıda onun adına kilsə tikiləcək
Bakıda Roma Papası II İohann Pavelin adını daşıyacaq katolik kilsəsinin inşası ilə bağlı hazırlıqlara başlanılıb.
meqale.com report-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC layihə-smeta sənədlərinin hazırlanmasına start verib.
Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.