Bakıda piyada mopedə çırpıldı, xəsarət alanlar var - FOTO
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
meqale.com lente istinadən xəbər verir ki, hadisə Zabrat-Balaxanı şossesində qeydə alınıb.
29 yaşlı Kamran Dəmirov işıqforla tənzimlənən yol ayrıcını keçərkən Rəşid Məmmədovun idarə etdiyi mopedə çırpılıb.
Moped aşıb, sürücü və yolu keçən K.Dəmirov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.