Bakıda piyadanı avtomobil vuraraq öldürdü

Noyabrın 20-də saat 00:25 radələrində Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.

Bakıda piyadanı avtomobil vuraraq öldürdü
Noyabrın 20-də saat 00:25 radələrində Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.

meqale.com report-a istinadən xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, E.Qəmbərov küçəsi 2 ünvanında İsmayılov Elşad Vəli oğlu idarə etdiyi "Nissan Tida" markalı, 90-TT-762 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Oktyabr küçəsi, ev 7, mənzil 4-də yaşamış Hüseyn Baxşeiş Saruxan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətdən Sabunçu tibb mərkəzində ölüb.