Bakıda "Porsche" ağır qəza törətdi - FOTO
Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
meqale.com xəbər verir ki, qəza Fəzail Bayramov küçəsində qeydə alınıb.
İdarəetməni itirən "Porsche" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini Toyota Bakı Mərkəzinin qarşısında hərəkətsiz duran "Volkswagen" markalı maşına çırpıb.
Nəticədə yol infrastrukturuna ziyan dəyib, bir neçə dekorativ ağac qopub.