“Fənərbaxça”nın prezidenti sərbəst buraxıldı - YENİLƏNİB
16:38
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan "Fənərbaxça"nın prezidenti Sadettin Saran sərbəst buraxılıb.
meqale.com xəbər verir ki, prokurorluqda ifadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.
Qeyd edək ki, Sadettin Saran Türkiyədə "narkotik maddələrlə təmin etmək" və "narkotik istifadəsini asanlaşdırmaq" ittihamları ilə saxlanılmışdı.
00:10
"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran haqqında aparılan narkotik istintaqı çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən saxlanılıb. Klub tərəfindən verilən rəsmi açıqlamada Saranın birbaşa klubdakı prezidentlik otağında saxlanıldığı bildirilib.
meqale.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına görə, Stiven Sadettin Saran haqqında aparılan araşdırmada əldə edilən əlavə sübutlar əsasında aşağıdakı maddələrlə ittiham olunur:
Klubun sosial media hesablarından yayılan bəyanatda deyilir: "Prezidentimiz cənab Sadettin Saran bu axşam davam edən istintaq çərçivəsində 'Fənərbaxça'nın prezidentlik ofisində saxlanılıb. Klubumuzun vəkilləri prosesdə prezidenti müşayiət edir. İnanırıq ki, prezidentimiz bu çətin günləri dəyanətlə geridə qoyacaq və klubumuz üçün fəaliyyətinə davam edəcəkdir."