Bakıda “Porsche” yük maşını ilə toqquşdu - FOTO

Bakının Yasamal rayonunda yol qəzası olub.

Bakıda “Porsche” yük maşını ilə toqquşdu - FOTO
Bakının Yasamal rayonunda yol qəzası olub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Porsche" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobilinə ziyan dəyib.

Qəzanın səbəbləri araşdırılır.