Bakıda “Prius”un törətdiyi ağır qəzanın VİDEOsu

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu ərazisində "Toyota Prius" markalı avtomobil ağır qəza törədib.

Bakıda “Prius”un törətdiyi ağır qəzanın VİDEOsu
Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu ərazisində "Toyota Prius" markalı avtomobil ağır qəza törədib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sərnişinin ölümü, sürücünün isə xəsarət alması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən qarşıdan gedən "Tata" markalı yük avtomobilinə çırpılıb. Belə ki, taksi kimi istifadə edilən minik avtomobili yağıntılı hava şəraitində yük maşını ilə toqquşub. Nəticədə avtomobil banı üzərinə aşıb.

Hadisə nəticəsində taksidə olan sərnişin - 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb. Sürücünün müalicəsi davam etdirilir.