Bakıda 46 yaşlı qadın bayram günü dəm qazından boğulub

Bakıda qadın bayram günü dəm qazından boğulub.

Bakıda 46 yaşlı qadın bayram günü dəm qazından boğulub

"Meqale.com"un xəbərinə görə, hadisə martın 21-də Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92B, mənzil 9-da qeydə alınıb.

1979-cu il təvəllüdlü Maxsudova Gülövşə Şaban qızı yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Araşdırma aparılır.