İcra başçısının həbsdə olan sabiq müavini də azadlığa buraxıldı
Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqovaya da şamil olunub.
meqale.com xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il 6 ay azadlıqdan mərhum edilib.
O, məhkəmə zalında həbs olunub.