Bakıda qadın məhkəmə zalından azadlığa buraxıldı - İnsan alverinə görə tutulmuşdu
İnsan alverində ittiham edilən olunan İradə Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
meqale.com APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İradə Şıxıyevaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Şıxıyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.