Bakıda “Qalatasaray”ın çempionluq COŞQUSU - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.

Bakıda “Qalatasaray”ın çempionluq COŞQUSU - VİDEO
Xəbər verdiyimiz kimi, dünən Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.

meqale.com xəbər verir ki, son olaraq "Kayserispor"u öz meydanında qəbul edən "Qalatasaray" 3:0 qalib gələrək, sona iki tur qalmış 25-ci dəfə Türkiyə çempionu olub.

İstanbul təmsilçisinin bu uğuru Bakıda da böyük sevinc və coşqu ilə qarşılanıb.

Azarkeşlər gecə saatlarında şəhərin mərkəzi küçələrində bayram abu-havası yaradaraq komandanın nailiyyətini qeyd ediblər.

Qeyd edək ki, bu, "Qalatasaray"ın ardıcıl üçüncü, ümumilikdə isə 25-ci Türkiyə çempionluğudur.