Bakıda qəza: “BMW” piyadanı vurdu - VİDEO - FOTO
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com unikal.org-a istinadən xəbər verir ki, hadisə metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən qadını "BMW" markalı avtomobil vurub. Nəticədə piyada ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.