Bakıda qəza nəticəsində piyada ölüb - FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda qəza nəticəsində piyada ölüb - FOTO
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil 50-55 yaşlarında olan kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qəza səbəbindən yolun hər iki istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.