Bakıda restoranın qarşısında dava - Bıçaqlanan var

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Bakıda restoranın qarşısında dava - Bıçaqlanan var
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Baksol yolunda qeydə alınıb.

Xarıbülbül restoranın qarşısında 1990-ci il təvəllüdlü Babayev Orxan Abdulməcid oğlu tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.