Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan BELƏ SAXLANILDI - VİDEO
Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəfindən saxlanılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, paytaxtın "Elmlər Akademiyası" metro stansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkı ətrafında taksi kimi fəaliyyət göstərən "Mercedes C klass" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.
Polisin qanuni "saxla" əmrinə tabe olmayan sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.