"Bakıda tıxaca bir təhər dözmək olur, amma gözlə görülməyən..."
"Son 15 ildə Los Ancelesdə əhali sayı artmaq əvəzinə 23 min nəfər azalıb. Əhali sayı artmayan bir şəhərdə yaşanan yanğın fəlakətinin nəticəsi göz qabağındadır".
Mili.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Bakı şəhərində isə rəsmi statistikaya görə, 2000-ci ildə əhali sayı 1,8 milyon nəfər təşkil edib.