Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq
Mobillik layihəsində velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı"nın təqdimatında bildirib.
O əlavə edib ki, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.