Bakıda XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin martın 15-i Bakıda 9-cu üçtərəfli görüşü keçiriləcək.
Bu barədə meqale.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun