Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO
10:16 Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən 21 mərtəbəli binada başlayan yanğın söndürülüb.
"Yeni Yasamalda binanın altında qeyri-yaşayış obyektində yanğın başlaması ilə bağlı daxil olan məlumat əsasında əraziyə yanğından mühafizə xidmətinin bölmələri cəlb ediliblər".
meqale.com xəbər verir ki, bunu oxuya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.
O bildirib ki, ümumi sahəsi 120 kvadratmetr olan qeyri-yaşayış obyektində baş verən yanğının genişlənməsinə imkan verilmədən söndürülüb:
"Bina və mənzillər yanğından mühafizə edilib. Ölüm və xəsarət alan yoxdur".
-------- 10:02 Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
meqale.com-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.
--------- 09:14 Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.