Bakıda yolu keçən gənci motosiklet vurub
Bakının Sabunçu rayonunda 21 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Məmmədova Gülər Asif qızı yolu keçərkən motosiklet onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.