Bakının 2 rayonu qazsız qalacaq - YENİLƏNİB

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

Bakının 2 rayonu qazsız qalacaq - YENİLƏNİB
Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28.11.2025-ci il saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

------- Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təchizatı məhdudlaşdırılıb.

meqale.com xəbər verir ki, Şərur rayonunun Düdəngə, Zeyvə və Cəlilkənd kəndlərində korroziyaya uğramış boru xətlərinin təmiri ilə əlaqədar olaraq ümumilikdə 1598 abonentin təbii qaz təchizatı dayandırılıb.

Bildirilib ki, qazın verilişi saat 12:30-dan etibarən mərhələli şəkildə bərpa olunacaq.