Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Bakının mərkəzində avtomobil yandı - Sürücü yanğını özü söndürdü - VİDEO
Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Hadisə şahidlərinin meqale.com-a verdiyi məlumata görə, hərəkətdə olan avtomobil qəfildən alışmağa başlayıb.

Sürücü vəziyyəti vaxtında hiss edərək avtomobili dərhal saxlayıb və yanğını özü söndürməyə müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, avtomobilə ilkin baxış keçirilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.