Bakının mərkəzində güclü yanğın - YENİLƏNİB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.
Restoran yanğından mühafizə olunub. ----- 11:59