"Baku Bus"ın sükan arxasında infarkt keçirən sürücüsünün vəziyyəti açıqlandı - Yenilənib - VİDEO
22:13
"Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
Hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
meqale.com xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.
"Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır", - deyə sakin bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü - 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.
----------- 10:23 "Baku Bus"ın sürücüsünün infarkt keçirdikdən sonra törətdiyi qəzanın videosu yayılıb.
meqale.com xəbər verir ki, hadisə yoldan keçən avtomobilin videoqeydiyyat kamerasına düşüb.
Sürücü infarkt keçirib və qəza qaçılmaz olub.
Hadisə vaxtı avtobus boş olub.