Balasanyan təslim oldu

Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.

Balasanyan təslim oldu
Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.

meqale.com gobalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Balasanyan mərkəzi polis idarəsinə gedib, özünü təqdim edib və üzərindəki 16 ədəd 9 mm çaplı patronla ilə doldurulmuş 2 ədəd darağı olan "Makarov" tipli tapançanı təhvil verib.

İstintaq komitəsindən bildirilib ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı cinayət işi başlanıb.