Balıqçı dənizə tor atdı - bəxtinə balıq əvəzinə görün nə düşdü... - FOTO

Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.

Balıqçı dənizə tor atdı - bəxtinə balıq əvəzinə görün nə düşdü... - FOTO
Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında Port-Katon kəndinin 47 yaşlı sakini Taqanroq körfəzində balıq tutmaq istəyib.

Məlumata görə, 47 yaşlı kişi toru sudan çıxarmaq istədikdə PUA-nın olduğunu görüb. Balıqçı tapıntı barədə polisə məlumat verdikdən sonra PUA Federal Təhlükəsizlik Xidməti tərəfindən müsadirə olunub.

PUA-nın kimə məxsus olduğu və dənizə nə zaman düşdüyü ilə bağlı dəqiq məlumat verilməyib. meqale.com 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun