Bank kartına görə arvadını döydü

Bakıda arvadını döyən kişi həbs olunub.

Bank kartına görə arvadını döydü
Bakıda arvadını döyən kişi həbs olunub.

meqale.com-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

31 yaşlı Məhəmməd həyat yoldaşı Pərvinin gizli bank kartı işlətdiyini və həmin karta pul göndərildiyini öyrənib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd yataq otağında qadını döyərək ona müxtəlif xəsarətlər yetirib. Onun mətbəxə keçməsindən istifadə edən Pərvin isə yaxınlıqdakı marketə qaçaraq, telefonla DİN-in 102 qaynar-xəttinə zəng edib. Nəticədə Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.