Bank kartından 6400 manat oğurlandı

Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Bank kartından 6400 manat oğurlandı
Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.