Barış Alperin yeni klubu bəlli oldu

"Qalatasaray" futbolçusu Barış Alper Yılmazın yeni klubu bəlli olub. 

Barış Alperin yeni klubu  bəlli oldu
"Qalatasaray" futbolçusu Barış Alper Yılmazın yeni klubu bəlli olub. 

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Neom" komandası transferi bitirməyə çox yaxındır.

Ərəblər 24 yaşlı futbolçu üçün İstanbul nəhəngnə 40 milyon avro ödəyəcək.

Gələn gəlirdən oyunçunun keçmiş klubu "Keçiörengücü" 20 faiz pay götürəcək..

Qeyd edək ki, Barış Alperin digər kluba satışından "Qalatasaray" 10 faiz gəlir əldə edəcək və ilk satınalma hüququna sahib olacaqdır.