Barış Mançonun oğlu badımcana görə xəstəxanalıq oldu

Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.

Barış Mançonun oğlu badımcana görə xəstəxanalıq oldu
Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.

meqale.com olay-a istinadən bildirir ki,  buna səbəb onun qatıldığı toy məclislərindən birində yediyi yemək olub. 

"Həyatımda üçüncü dəfədir başıma gəlir. Heç bir müdaxilə olmasa, tənəffüs yollarımın tıxananmasına səbəb ola bilər" - Doğukan bildirib. 

O, kartof püresi kimi masaya qoyulan yeməyin, əslində badımcan hazırlandığını qeyd edib. 42 yaşlı Manço badımcana qarşı alergiyası olduğunu açıqlayıb.