“Barselona”da ciddi itki
Komandanın gənc müdafiəçisi Aleks Balde zədələnib.
meqale.com xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, 21 yaşlı futbolçu məşq prosesində sol bud nahiyəsindən xəsarət alıb.
Müalicə müddətinin uzun çəkəcəyi, Baldenin isə bir müddət komandadan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, gənc müdafiəçi 2021-ci ildən "Barselona"nın əsas heyətində çıxış edir.