"Barselona"dan Levandovski ilə bağlı mühüm qərar
Robert Levandovski "Barselona"nı tərk etməyəcək.
meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı hücumçunu satmaq niyyətində deyil. Bu məlumatı "AS" nəşri yayıb.
Joan Laporta forvard güvənir. "Barselona" prezidenti Levandovskinin komandada böyük işlər görəcəyinə inanır. Bu səbəbdən də polşalı Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etməyəcək.
Ümumiyyətlə, "Barselona" nə qışda, nə də yayda hücumçunu satmaq niyyətində deyil.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun