“Barselona” Messiyə hələ də maaş verir

İspaniyanın "Barselona" klubu sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.

“Barselona” Messiyə hələ də maaş verir
İspaniyanın "Barselona" klubu sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.

meqale.com report-a istinadən xəbər verir ki, onunla yanaşı, hazırda ABŞ-nin "İnter Mayami" klubunda komanda yoldaşı olan Serxio Buskets və Xordi Alba da kataloniyalılardan hər ay məvacib alırlar.

Klub rəhbərliyi koronavirus pandemiyası dönəmində imzalanan müqavilə ilə bağlı öhdəliklərini indi yerinə yetirir. "Barselona"nın maaş büdcəsinin bir hissəsi məhz bu "üçlüy"ə ayrılıb.

Qeyd edək ki, Lionel Messi 2004-2021, Serxio Buskets 2008-2023, Xordi Alba isə 2012-2023-cü illərdə "Barselona"nın formasını geyiniblər.