“Barselona”nın gənc ulduzu “Brayton”a keçir

"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

“Barselona”nın gənc ulduzu “Brayton”a keçir
"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, "Barsa" gənc oyunçusunu "Brayton"a icarəyə verəcək.

Ansu Fati özü də "Brayton"a keçməkdə maraqlıdır. 20 yaşlı vingerin qərarında həlledici amil komandanın çalışdırıcısı Roberto De Zerbidir.

Fati 2022/2023-cü illər mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.