“Barselona”nın gənc ulduzu rekord qırdı
"Barselona"nın gənc futbolçusu Lamin Yamal La Liqada XXI əsrin ən gənc penaltidən qol vuran oyunçusu olub.
meqale.com xəbər verir ki, 18 yaş 49 günlük Yamal "Rayo Valyekano" ilə III tur matçının 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Barselona" sentyabrın 14-də "Valensiya" ilə qarşılaşacaq. Görüş saat 21:00-da başlayacaq.