Barselona prezidenti məşhur Azərbaycan trendinə qoşuldu - VİDEO

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Joan Laporta TikTok sosial şəbəkəsində məşhur Azərbaycan trendinə qoşulub.

Barselona prezidenti məşhur Azərbaycan trendinə qoşuldu - VİDEO
İspaniyanın "Barselona" futbol klubunun prezidenti Joan Laporta TikTok sosial şəbəkəsində məşhur Azərbaycan trendinə qoşulub.

meqale.com buta.media-ya istinadən xəbər verir ki, istifadəçilərin "Çay verərsən?" kimi tanınan videosu internetdə yayılıb. Beləliklə, Barsa prezidenti azərbaycanlı iş adamı Adnan Əhmədzadənin təklifi ilə ona çay tökməyi "xahiş edir". Əhmədzadə videonu İnstaqram səhifəsində yerləşdirib.

Adnan Əhmədzadə Yeni il gecəsi Coan Laportanın yanında olub. Dubayda keçirilən şənlik zamanı digərləri ilə yanaşı, Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ifa olunub və Barselona prezidenti də oxuyub.

Adnan Əhmədzadə geniş auditoriyaya Lionel Messinin dostu kimi tanınıb. Onun argentinalı meqastarla Messinin evində çəkdirdiyi foto dünya sosial şəbəkələrini partladıb.