"Barselona" Yamal ilə bağlı qərarını verdi

"Barselona" "Blauqrana"nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal ilə müqaviləni uzatmağa yaxındır.

"Barselona" "Blauqrana"nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal ilə müqaviləni uzatmağa yaxındır.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, "Barselona" Yamalın transferini oktyabrın 2-də elan edəcək. Futbolçunun müqaviləsi üzrə təzminat 1 milyard avro təşkil edəcək.

İspaniya çempionatının bu mövsümündə Yamal "Blauqrana"nın səkkiz matçında meydana çıxıb və iki məhsuldar ötürmə edib.