"Başı batmışla yanvarda ailə qurdum, həyatımın ƏN PİS GÜNÜ idi"

Müğənni Mənzurə Musayeva həyatının ən ağır günləri ilə bağlı səmimi etiraflar edib.

Müğənni Mənzurə Musayeva həyatının ən ağır günləri ilə bağlı səmimi etiraflar edib.

Sənətçi açıqlamasında bildirib ki, həyatında ən bədbəxt gün ailə qurduğu tarix olub.

meqale.com xəbər verir ki, onun sözlərinə görə, 1992-ci il yanvarın 16-da ailə həyatı qurması həm evliliyi, həm də sonradan yaşadığı boşanma prosesi ilə taleyində dərin izlər buraxıb.

Mənzurə Musyəyeva qeyd edib ki, həmin evlilik onun üçün əsl müsibətə çevrilib. Ayrılığın çox çətin və gərgin şəraitdə baş verdiyini deyən ifaçı, o dövrdə sənətçi qadınlara münasibətin də ürəkaçan olmadığını vurğulayıb. Bildirib ki, 9 elçi gəlsə də, düzgün seçim edə bilməyib və bu qərarın peşmanlığını illərlə yaşayıb.

Müğənni hazırda cəmiyyətin və ailələrin daha inkişaf etdiyini, qardaşların, valideynlərin övladlara daha çox dəstək olduğunu söyləyib. O, vaxtilə qardaşının oxumağına qarşı çıxdığını, bu gün isə hər şeyin fərqli olduğunu qeyd edib.

Açıq etirafında sənətdə xoşbəxtlik tapdığını deyən Mənzurə Musyəyeva, əgər seçim imkanı olsaydı, ailəni, həyat yoldaşını və övladlarını sənətdən üstün tutacağını da xüsusi vurğulayıb.